Qırmızı.az
Qurbanlıq heyvanların kəsim məntəqələrinin ünvanları açıqlandı

Oktyabrın 4-də səhər saatlarından etibarən Qurban bayramı ilə əlaqədar əhalinin qurbanlıq heyvanlara olan təlabatının ödənilməsi, eləcə də süni qiymət artımının qarşısının alınması məqsədilə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Bakı şəhərində aşağıdakı ünvanlarda qurbanlıq heyvanların satış yarmarkaları fəaliyyətə başlayacaq.
Kənd Təsərrüfatı Nazirliyindən Publika.az-a verilən məlumata görə, yarmarkalarda müasir standartlara cavab verən yeni modul tipli, insanların rahatlığının təminatı üçün səyyar kəsim məntəqələri quraşdırılıb, heyvanların saxlanılması üçün çadırlar qurulub.
1.Yasamal rayonu, Şərifzadə küç. 196, “İdeal” şadlıq sarayının həyəti
2. Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Binəqədi şossesinin sağ tərəfi, Zəngəzur şadlıq evi ilə üzbəüz.
3. Binəqədi rayonu, 8-ci mikrorayon, C. Xəndan küçəsi ilə Atatürk prospektinin kəsişməsi.
4. Nərimanov rayonu, Əliyar Əliyev küçəsi ilə Fətəli xan prospektinin kəsişməsi.
5. Nizami rayonu, R. Rüstəmov və M. Əliyev küçələrinin kəsişməsi, Neolit şadlıq sarayının yanı.
6. Xətai rayonu, M. Hadi küçəsi, Ukrayna dairəsinin yanı.
7. Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış massivi.
8. Sabunçu rayonu, Zabrat-Maştağa yolunun sol tərəfi, Olimpiya İdman Kompleksinin yanı.
Gülxar

-
Region13:55
Karapetyanın qızı erməniləri üsyana çağırdı: İrəvanda ara qarışır
-
Region12:48
Ərdoğanla Paşinyan birgə bəyanat verəcək: Bəndlər vaxtından əvvəl açıqlana bilməz
-
Sosial11:35
Azərbaycanda yeni qurum yaradıldı
-
Nida Xəbər 11:09
Şimali Kipr Baş nazirinin baş məsləhətçisi "Teleqraf" Media Qrupunda oldu
-
Dünya10:48
İran ABŞ-ı vurmaq üçün raketləri hazır vəziyyətə gətirdi: Dəhşətli müharibə qaçılmazdır
-
Dünya10:36
Dünya müharibəsi bu tarixdə başlayacaq: ABŞ İranı vuracaq
-
Region09:36
Xamenei cəmi iki sözlə bu xəbəri çatdırdı
-
İdman06:46
Roberto Baccio Messiyə görün nə hədiyyə etdi - FOTO