Nazir: "Gələcək müəllimlərin əsəridir"
Bizi izləyin

Qırmızı.az

Nazir: "Gələcək müəllimlərin əsəridir"

Təhsil Nazirliyi Mikayıl Cabbarov 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə müəllimləri təbrik edib. Publika.az-ın məlumatına görə, nazir təbriki facebook səhifəsində paylaşıb.

Nazir bildirib ki, Azərbaycanın yeni təhsil fəlsəfəsinin də əsas sütunlarından biri müəllim şəxsiyyəti üzərində qurulub.

“Müəllim peşəsinin ictimai nüfuzunun artırılması, onun yüksək maddi və mənəvi motivasiyası, pedaqoji təhsilə istedadlı gənclərin cəlb olunması - bunlar ölkəmizdə təhsil islahatlarının uğurla həyata keçirilməsi üçün ən vacib amillərdir”.

Nazir onu da əlavə edib ki, dövlətimiz həmişə müəllim adını, müəllim əməyini yüksək tutub.

“Bu günlərdə cənab Prezidentin sərəncamı ilə təltif olunan müəllimlərimizin əməyinin yüksək qiymətləndirilməsi və onların ən yüksək adlara layiq görülməsi bunu bir daha əks etdirir.


Bu günlərdə, həmçinin ölkəmizin ali məktəblərinin pedaqoji ixtisaslarına qəbul imtahanlarında 500 və daha artıq bal toplayan 300 nəfər tələbə Təhsil Nazirliyinin aylıq təqaüdünə layiq görülüb. Biz bütün müəllimlərimizi, eləcə də yeni təltif olunan və aylıq təqaüdə layiq görülmüş gələcək müəllimlərimizi bir daha təbrik edirik.

P.S. Biz yazmağı, öyrənməyi, düşünməyi müəllimlərimizdən öyrənmişik. Keçmişimizi müəllimlərimizlə xatırlamışıq, bü günümüzü onlarla paylaşmışıq. Ancaq müəllimlərin ən böyük missiyası həm də gələcəklə bağlıdır. Necə deyərlər, gələcək müəllimlərin əsəridir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm