Qırmızı.az
Henri Kissencerə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi medal verdi

Amerika Birləşmiş Ştatlarının dövlət xadimi, siyasətçi, beynəlxalq münasibətlər üzrə diplomat və ekspert Henri Kissencerə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin xüsusi Qızıl medalı təqdim olunub.
Mükafatı təşkilatın adından Mərkəzin Baş katibi Rövşən Muradov təqdim edib. Nyu Yorkda keçirilən təqdimat zamanı Henri Kissencerlə Mərkəzin fəaliyyəti, əsasən də Madrid Klubu ilə birgə Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə 2015-ci ildə Bakıda keçiriləcək III Qlobal Müştərək Cəmiyyətlər Forumu müzakirə olunub.
Henri Kissencer ABŞ-ın milli təhlükəsizlik məsələləri üzrə sabiq müşaviri, keçmiş Dövlət katibi, Nobel sülh mükafatı laureatıdır. ABŞ-ın müasir xarici siyasətinin formalaşmasında mühüm rola malik Kissencer ABŞ-SSRİ münasibətlərinin yeni müstəviyə keçməsinin təşəbbüskarı və icraçısı, ölkəsini Çin Xalq Respublikası ilə münasibətlərinin əsasını qoyan, Vyetnam müharibəsini bitirən Paris sülh müqaviləsini imzalayan siyasətçi kimi tarixə düşüb. Henri Kissencer hazırda “Kissenger Associates” beynəlxalq konsaltinq firmasının rəhbəridir.

-
Magazin101:41
Röya Ayxan Kann Film Festivalında qırmızı xalıya çıxdı - VİDEO
-
İKT01:11
Hamilə teleaparıcı doğuş sancıları ilə EFİRƏ ÇIXDI
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Ulduzlar bu axşam bir sirr pıçıldayır
-
Sosial22 May 23:24
"Qızım yuxuma girdi" - Kürə atılan Nuranənin anası ilk dəfə DANIŞDI
-
İnanc22 May 23:12
Bu səlahiyyət Şeyxin əlindən alındı
-
Magazin122 May 22:24
"Bu olmasa, müğənnilərin 99 %-i BATAR"
-
MDB22 May 22:12
Ağaca söykənən oğlan iki barmağını İTİRDİ
-
Magazin122 May 21:12
Şəbnəmlə Vəfa barışdı