Azərbaycanda minik maşını qatarın altında qaldı
Bizi izləyin

Qırmızı.az

Azərbaycanda minik maşını qatarın altında qaldı

Bu gün saat 11:50-də Xaçmaz rayonu, Nərəcan kəndi ərazisində, dəmiryolu keçidində qəza baş verib.

Milli.Az Regional TV-yə istinadən bildirir ki, 10-CV-213 dövlət nömrə nişanlı “VAZ 21 07” markalı avtomobil Bakı istiqamətində hərəkətdə olan yük qatarının qarşısına çıxıb. Hadisə zamanı “VAZ 2107” relslərdən 5-6 metr kənara düşüb.

Qəza vaxtı maşında olan iki nəfər, sürücü, Mançaroba kənd sakini, 38 yaşlıVəlirza Ağamirzəyev və sərnişin, Uzunoba kənd sakini Elşad Hacıyevmüxtəlif bədən xəsarətləri alıb. Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları gəliblər. Fakt araşdırılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm