Məhkum jurnalist adının "vicdan məhbusu" siyahısından çıxarılmasını xahiş edib (FOTO)
Bizi izləyin

Qırmızı.az

Məhkum jurnalist adının "vicdan məhbusu" siyahısından çıxarılmasını xahiş edib (FOTO)

Bakıdakı 14 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Sərdar Əlibəyli adının və şəklinin “vicdan məhbusu” siyahısından çıxarılmasını xahiş edib.

Ədliyyə Nazirliyi Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, 14 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Sərdar Əlibəyli müəssisə rəhbərliyi vasitəsilə kütləvi informasiya vasitələrinin rəhbərlərinə və müxalifət liderlərinə müraciət ünvanlayıb. Müraciəti olduğu kimi təqdim edirik:

“Azərbaycan müxalifətinin liderlərinə

Surəti: KİV rəhbərlərinə

“Azadlıq” qəzetinin redaksiyasına

Son günlər Avropa parlamentinin məlum qətnaməsi və bu ətrafda yaranmış vəziyyətdən çox narahatam. Bu durumla bağlı aşağıdakıları bəyan edirəm.

Yaranmış vəziyyət, məxsusən də dünyanın çağdaş geopolitik durumunda, olduqca təhlükəli xarakter almışdır. Azərbaycan hər an getdikcə artan aqressiv terrorizmin, eləcə də dünyanı yenidən bölmək istəyən transmilli qüvvələrin hədəfinə tuş gələ bilər. Bu isə bizə ən yaxşı halda Ukraynanın, ən pis halda isə Suriyanın vəziyyətinə düşməyi vəd edir. Hətta belə getsə, Azərbaycanın payız səmalarını yağış gətirən qara buludlardan tez bombalar yağdıracaq düşmən təyyarələrinin tutacağı gün uzaqda deyil.

Bu dediklərimi nəzərə alaraq, Azərbaycanın müxalifətini və bütün ictimai-siyasi qüvvələrini milli barışıq yolunda gerçək addımlar atmağa çağırır, müstəqilliymizin və dövlətin qorunması yolunda birgə fəlaiyyətə səsləyirəm.

Bu xüsusda, bütün olub-bitənlərə rəğmən birtərəfli qaydada adımın və şəklimin “vicdan məhbusu” siyahısından çıxarılmasını xahiş edir, həbsdə olduğum müddətdə mənə dəstək olmuş bütün həmkarlarıma minnətdarlığımı bildirirəm.

Dövlətimizin yaşaması, Azərbaycanın qazandığı uğurların qorunması, əldə etdiyi naliyyətlərin daha da inkişaf etdirilməsi, o cümlədən, hələ də həllini gözləyən digər məsələlərlə yanaşı, millətimizin və dövlətimizin bir nömrəli problemi olan Qarabağ sorununun çözülməsi üçün illərdi ki davam edən düşmənçilik ritorikasından əl çəkib “yurdda sülh, cahanda sülh” amalı ilə barış və əməkdaşlıq ritorikasına keçməyin vaxtı çoxdan çatıb deyə düşünməkdəyəm.

İmza: Sərdar Əlibəyli

30.09.2014-cü il”

Qeyd edək ki, Sərdar Əlibəyli "P.S Nota" qəzetinin baş redaktoru olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm