13 bölgənin ziyalıları arasında videokonfrans keçirilib
Bizi izləyin

Qırmızı.az

13 bölgənin ziyalıları arasında videokonfrans keçirilib

Oktyabrın 4-də Bilik Fondunun təşəbbüsü, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkilatçılığı ilə videokonfrans keçirilib.

Fondun Informasiya təminatı sektorundan Publika.az-a verilən məlumata görə, videokonfransda IV Bakı Beynəlxalq Hümanitar Forumuna xarici ölkələrdən qatılan tanınmış alimlər, yazıçılar, ictimai xadimlər, Azərbaycanın 13 bölgəsindən olan ziyalılar iştirak ediblər.

Bilik Fondunun icraçı direktoru Oktay Səmədov bildirib ki, forum iştirakçıları prezident İlham Əliyevin “Azərbaycanda multikulturalizm artıq həyat tərzinə çevrilib” fikrinin canlı şahidinə çevriliblər, ölkəmizdəki tolerant mühitlə yaxından tanış olublar.

Dünyanın nüfuzlu elm və siyasi xadimləri – İtaliyaliyanın “Il Sole” qəzetinin redaktoru Sandro Teti, professorlar Franco Cardin, Armando Massarenti, mühendis-alim Laura Peretti, fransalı professor Michel Bozdemir, Malaziyanın Bermama Agentliyinin baş direktoru Yonq So Heonq, İngiltərəli professor Svetlana Kurtes, Almaniyalı professorlar Ziqlinde Hartmann, Klaus Wolf, Hendrix Busxotten və Rusiyalı yazıçı Aleksandr Petrovic Bondarev ilə Şamaxı, Bərdə, Şirvan, Sumqayıt, Masallı, Gəncə, Şəki, Quba, Ağcabədi, Mingəçevir, Sabirabad, Göyçay, Lənkəranda olan ziyalılar və ictimai fəallar onlayn formada fikir mübadiləsi aparıblar.

Xarici qonaqlar yerlərdəki ziyalılarla IV Bakı Beynəlxalq Hümanitar Forumuna dair təəssüratlarını bölüşüb, onların suallarını cavablandırıblar.

Videokonfransın təşkilində əsas məqsəd bölgə əhalisinin ictimai proseslərdə aktivliyini artırmaq, yerli ziyalıların tanınmış xarici alimlərlə ünsiyyətini yaratmaqdır.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm