Sabah hava necə olacaq?
Bizi izləyin

Qırmızı.az

Sabah hava necə olacaq?

Fevralın 7-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə saatlarında yarımadanın bəzi ərazilərində zəif qar yağacağı istisna olunmur.

Bu barədə Publika.Az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Gündüz mülayim cənub küləyi əsəcək. Havanın temperaturunun gecə 1-5 dərəcə şaxta, gündüz 2-6 dərəcə isti olacağı gözlənilir.

Bölgələrdə də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin bəzi şərq rayonlarında, əsasən Lənkəran-Astara bölgəsində az qar yağacağı ehtimal olunur. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Gecə və səhər dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq. Havanın temperaturunun gecə 3-8 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti, dağlarda gecə 8-13, yüksək dağlıq ərazilərdə 18-23 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacağı gözlənilir.

Yaxın 2-3 gün ərzində Abşeron yarımadasında temperaturun tədricən yüksəlməsi, biometeoroloji amillərin normal sutkalıq gedişi, eyni zamanda oksigenlə zəngin hava meteohəssas insanlar üçün əlverişlidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm