Yanvar ayının xəbər tendensiyaları Nettrends-də
Bizi izləyin

Qırmızı.az

Yanvar ayının xəbər tendensiyaları Nettrends-də

2014-cü ilin ilk ayında Azərbaycanın internet xəbər səhifələrində yer alan xəbərlərin tendesiyaları və statistikaları açıqlanıb.

Azərbaycan internet, gündəlik mətbuat, sosial media və TV kanallarının monitorinq və analizini edən “Nettrends” şirkəti (www.nettrends.az) 2014-cü ilin yanvar ayının yekunlarını açıqlayıb və ay ərzində brend, şəxs və müəssisə adlarının nə qədər çəkilməsiylə bağlı statistikanı müəyyən edib.

Təqdim edilən rəqəmlər müvafiq adların Azərbaycanın internet məkanında olan Azərbaycan, rus və ingilis dillərində 160-dən çox xəbər saytında dərc edilmiş 177 mindən artıq məqalənin analizinə əsasən müəyyən edilib.

Yeni ilin ilk ayında bank sektorunun liderləri dəyişib. Yanvar ayında bankların siyahısına liderliyi “Bank Of Azerbaijan” edir.

Bu ay mobil operatorlardan Azercell, sığorta şirkətlərindən isə “AXA MBASK” birincidirlər. Avtomobil markaları siyahısına 27%-lə Mercedes, universitetlər siyahısına isə 13%-lə Bakı Dövlət Universiteti (BDU) başçılıq edirlər.

Online mediada haqqında ən çox danışılan alış-veriş mərkəzi isə Park Bulvardır.

Qeyd edək ki, elan edilən bu statistik məlumatlar sistemimizə inteqrasiya edilmiş xəbər saytlarının məqalələri əsasında hazırlanır. Hər sektora aid xəbərlər bir sözün müxtəlif formalarda yazılışı nəzərə alınmaqla, məzmununa görə təsniflənmir və toplu halında hesablanır..

"Nettrends" bütün PR işlərini "vahid pəncərə"dən idarə etməyə imkan verən xidmətdir. Xidmət həm korporativ, həm də fərdi müştərilərə təqdim olunur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm