Qırmızı.az
Bakıda mənzildə güclü partlayış, bir nəfər yandı

Ötən gün Bakının Sabunçu rayonu ərazisində güclü partlayış olub.
Sabunçu rayon Polis İdarəsinin 15-ci polis bölməsindən Teleqraf.com-a verilən məlumata görə, hadisə saat 14:50-də qeydə alınıb. Pirşağı bağlarında evlərin birində güclü partlayış səsi eşidilib. Partlayışdan sonra yanğın başlayıb.
Hadisə nəticəsində 65 yaşlı Vaqif Hacıyev yanıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri, hüquq-mühafizə orqanlarının əməkdaşları və həkimlər cəlb olunub. Ağır yanıq xəsarətləri alan Vaqif Hacıyev xəstəxanaya yerləşdirilib. Onun bütün bədəni yanıb. Hazırda vəziyyəti ağırdır.
Araşdırmalar zamanı məlum olub ki, hadisə qaz sızmasından baş verib. Kişi su qızdırıcısını yandırmaq istəyərkən partlayış olub. Faktla bağlı araşdırma aparılır.

-
İKT07:35
"Android" telefonlarda "Xaç atası" virusu yayılır - Bank hesablarınız ələ keçirilə bilər
-
ABŞ02:19
Tramp İrana vaxt verdi: Maksimum bu qədər gözləyə bilərəm!
-
Yaxın Şərq02:10
İran İsrailin Daxili İşlər Nazirliyini vurdu - VİDEO
-
Magazin202:05
Nihal Candan vəfat etdi
-
ABŞ02:00
ABŞ-ın 2 hərbi nəqliyyat təyyarəsi İranla sərhədə göndərildi
-
Qoroskop00:55
Günün ulduz falı: Emosional yaxınlıq istəyi artır...
-
Region20 İyun 22:38
İranda güclü zəlzələ oldu
-
Region20 İyun 21:25
Ərdoğanla Paşinyan arasında görüş başa çatdı - Yeniləndi