Qırmızı.az
Leyla Əliyeva tanınmış teleaparıcını ziyarət etdi

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva xərçəng xəstəliyindən əziyyət çəkən və hazırda Almaniyada müalicə olunan tanınmış teleaparıcı Hacı Nuran Hüseynovu ziyarət edib. Bu ziyarətdən təsirlənən teleaparıcı ürək sözlərini sosial şəbəkədə paylaşıb.
"Yataq otağımda pəncərədən düşən günəşin şüası səhər tezdən mənə
qəribə görsəndi... Günəş elə bil özü otağıma gəlmək, məni oyatmaq
istəyirdi... Qəribə idi... Axı buralarda bu vaxtlar nə günəş?!
Deməli yuxuda gördüklərim gerçək olmalı imiş.
Çox keçmədi ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, AMOR-un
rəhbəri, IDEA-nın prezidenti, "Baki" jurnalının baş redaktoru Leyla
xanım Əliyeva ilə gözəl bir görüşümüz oldu. Xəstə olduğum vaxtdan
ikinci dəfə şəxsən Leyla xanımla görüşmək mənə elə bir ruh verdi
ki, xəstəliyimi unutdum, ağır kimyaterapiya və şuaterapiya aldığım
günlərim tamam yadımdan çıxdı, əhval-ruhiyyəm düzəldi, sağalmağıma
bir ümid oldu. Leyla xanım, Siz mənə ən ağır vəziyyətdə kömək
olduz, məni dəstəklədiz, ümid verdiz, xoş anlar yaşatdız. Sizə nə
gədər təşəkkür etsəm də az olar. Sizin cavan ikən bu gədər
mərhəmətli addımlarını gördükcə və eşitdikcə içimdə bir qürur hissi
oyanır.
Azərbaycan gəncinin fəxri və nümunəsi kimi Leyla xanımın etdiklərini görməmək, hiss etməmək mümkünsüzdür. Təmənnasız yaxşılıq aksiyalarına sahib olan bu xanımın vaxt ayırıb mənim halımla maraglanmasına fərəh duydum. Və içimdən bir söz gəldi: Vətən, nə yaxşı ki sən varsan, nə yaxşı ki sənin qeyrətli övladların var. Sənə görə yaşamağa dəyər!
Həmçinin Leyla xanımla birlikdə gələn geniş nümayəndə heyətindən olan çoxlu dostlarımı da gordüm, elə bil dunyanı mənə bağışladılar. Onda başa düşdüm ki, səhər otağımın divarını deşən günəşin nə demək istədiyini anladım.
Xalqımızın ən hörmətlə yanaşdığı bayramlardan biri olan Qurban bayramı münasibəti ilə bu bayramın ideyasını əməlləri ilə yaşadan Leyla xanım başda olmaqla onunla çiyin-çiyinə çalışan, onun bütün gözəl əməkdaşlarını hər birini təbrik edirəm və onlara çoxlu can sağlıgı və uğurlar arzu edirəm! Allah Sizi qorusun! İnşallah tezliklə Bakıda, doğma Vətənimizdə görüşmək ümidi ilə!".

-
MDB03:13
Sovet əsgəri 40 ildən sonra vətəninə qayıtdı və ona sarıldı - VİDEO
-
Magazin101:41
Röya Ayxan Kann Film Festivalında qırmızı xalıya çıxdı - VİDEO
-
İKT01:11
Hamilə teleaparıcı doğuş sancıları ilə EFİRƏ ÇIXDI
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Ulduzlar bu axşam bir sirr pıçıldayır
-
Sosial22 May 23:24
"Qızım yuxuma girdi" - Kürə atılan Nuranənin anası ilk dəfə DANIŞDI
-
İnanc22 May 23:12
Bu səlahiyyət Şeyxin əlindən alındı
-
Magazin122 May 22:24
"Bu olmasa, müğənnilərin 99 %-i BATAR"
-
MDB22 May 22:12
Ağaca söykənən oğlan iki barmağını İTİRDİ