Qırmızı.az
Bakı metrosunda həyəcan
Bu gün saat 12 radələrində Bakı metropolitenində sərnişinlər
gərgin anlar yaşayıb. Bu barədə ANS PRESS-in “qaynar xətti”nə
bildirilib.
Verilən məlumata görə, hadisə “Gənclik” metrostansiyasında baş
verib. Qatar platformada hərəkətsiz dayanıb və bir müddət sonra
sərnişinlər qatarlardan düşürdülüb. Nəticədə stansiyada sərnişin
sıxlığı yaşanıb.
Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev hadisənin texniki nasazlıq səbəbindən baş verdiyini bildirib.
“İçərişəhər”-“Həzi Aslanov” stansiyaları istiqamətində hərəkət edən 16 saylı qatarda problem yaşanıb. Qatar hərəkət edə bilməyib. Nəticədə sərnişinlər evakuasiya olunub. Köməkçi qatar vasitəsilə həmin nasaz qatar xətdən çıxarılaraq depoya göndərilib.
“Hadisə nəticəsində qatarlar arasında fasilə 10 dəqiqəyədək artıb. Həmin interval 2 saat ərzində bərpa olunacaq”, - deyə Nəsimi Paşayev bildirib.
-
Hadisə11:10
Azərbaycanın əməkdar artisti vəfat etdi - FOTO
-
Müsahibə10:15
Diplomu 175 ölkədə tanınan azərbaycanlı: İki illik proses 40 gündə bitdi
-
Region09:20
Tavuşda etiraz başladı: Ermənilər İrəvan-Tbilisi yolunu bağladılar
-
Ekopublika.az08:35
Azərbaycanda yumurta kəskin ucuzlaşdı - SƏBƏB
-
Nida Xəbər 07:50
Blinken Azərbaycanın kəndlərinin qaytarılması ilə bağlı razılaşmanı alqışladı
-
Magazin107:25
Azərbaycanlı aktrisa əzələlərini nümayiş etdirdi - FOTOLAR
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi