Bunu hamı izləyə bilər
Bizi izləyin

Qırmızı.az

Bunu hamı izləyə bilər

Dövlət Bayrağı Meydanında Dövlət bayrağının qaldırılması prosesini hər kəs canlı izləyə biləcək. Bu proses oktyabrın 11-də olacaq.


Bu barədə Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin mətbuat xidmətindən Publika.az-a məlumat verilib.


Məlumatda bildirilir ki, Dövlət Bayrağının 162 m hündürlüyə qaldırılması prosesini canlı izləmək istəyən hər bir şəxs, o cümlədən KİV nümayəndələri oktyabrın 11-i saat 10.30-da Dövlət Bayrağı Meydanına dəvət olunur.


Qeyd edək ki, həmin gün mərasimə ölkənin tanınmış ictimai xadimləri, ziyalılar, deputatlar, dövlət rəsmiləri də iştirak edəcək. Tədbirdə bayrağımızla bağlı xüsusi videoçarx hazırlanacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm