Bakı yaşıllaşacaq
Bizi izləyin

Qırmızı.az

Bakı yaşıllaşacaq

Bakının Regional İnkişaf Planında paytaxtın ekoloji durumunun yaxşılaşdırılması əsas vəzifələrdən biri kimi qarşıya qoyulub.

Bu sözləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri Cahangir Qocayev Böyük Bakının Regional İnkişaf Planında yer alan əsas inkişaf prioritetləri barədə AzərTAc-a müsahibəsində bildirib.

C.Qocayev deyib ki, paytaxtın mərkəzi hissəsinin müfəssəl planı işlənəndə bu ərazidə cəmi 116 hektar yaşıllığın olduğu ortaya çıxıb. “Bu isə meqapolisə çevrilən müasir Bakı üçün çox aşağı rəqəmdir. Bunun həlli paytaxtın müfəssəl planında öz əksini tapıb. Belə ki, plana əsasən paytaxtda ekoloji vəziyyətin yaxşılaşdırılması üçün yaşıllığın 3 dəfə artırılması təklif olunur”, - deyə o qeyd edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm