Yevlaxda mikroavtobus qəzaya uğrayıb
Bizi izləyin

Qırmızı.az

Yevlaxda mikroavtobus qəzaya uğrayıb

Yevlaxda mikroavtobusla minik avtomobili toqquşub.

Publika.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Yevlax rayonu, Hürüuşağı kəndi ərazisində yol-nəqliyyat qəza hadisəsi baş verib. Dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Yanğınsöndürən-xilasedicilər hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, "Ford" markalı mikroavtobusla "VAZ" markalı minik avtomobili toqquşub və nəticədə minik avtomobilinin sürücüsü yaralı halda deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb.

Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə yaralı sürücünü minik avtomobilindən çıxarıb və hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimlərinə təhvil veriblər.

Həmçinin yanğınsöndürən-xilasedicilər ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm