Bakı-Qazax yolunda dəhşətli qəza: ölən və yaralananlar var
Bizi izləyin

Qırmızı.az

Bakı-Qazax yolunda dəhşətli qəza: ölən və yaralananlar var

Bakı-Qazax yolunda dəhşətli qəza baş verib. Publika.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, Bakı şəhəri, Qaradağ rayonu Bakı-Qazax magistral avtomobil yolunun 25-ci kilometrliyində vətəndaşlara məxsus “VAZ” markalı minik avtomobili və “Hundai” markalı mikroavtobus toqquşub. Nəticədə hər iki avtomobil deformasiyaya uğrayıb.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, “VAZ” markalı avtomobilin sərnişini Teymur Abdullayev aldığı müxtəlif bədən xəsarətləri nəticəsində hadisə yerində vəfat edib.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə T.Abdullayevin cəsədini deformasiyaya uğramış avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 08:34-də başa çatıb.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm