Qırmızı.az
Nyu-Yorkda “Azərbaycan Evi”nin açılışı oldu

ABŞ-ın Nyu-York şəhərinin Bruklin səmtində “Azərbaycan Evi” (“Azerbaijan House”) fəaliyyətə başlayıb.
Publika.az-ın məlumatına görə, “Azərbaycan Evi” Azərbaycan Amerika Qadınlar Assosiasiyasının rəhbəri Münəvvər Vahabovanın rəhbərliyi ilə açılıb.
“Azərbaycan Evi”nin açılış mərasimində Nyu-Yorkdakı Azərbaycan, türk, yəhudi cəmiyyətlərinin təmsilçiləri, Azərbaycanın ABŞ-dakı səfirliyinin nümayəndələri Emil Səfərov, Vüsalə Muradəliyeva, Azərbaycanın BMT yanında daimi nümayəndəliyinin təmsilçisi Fərid Cəbrayılov və digərləri iştirak edib.
Açılış mərasimində çıxış edən Azərbaycan – Amerika Qadınlar Assosiasiyasının rəhbəri Münəvvər Vahabova “Azərbaycan Evi”ni azərbaycanlılar, eləcə də digər türkdilli xalqların toplaşacağı mədəniyyət mərkəzinə çevirmək niyyətində olduğunu bildirib:
“Məqsədimiz Nyu-Yorkda, əsasən də Bruklində yaşayan azərbaycanlılar, digər türkdilli icmalarının münayəndələri, həmçinin Azərbaycan yəhudiləri arasında əlaqələlərin möhkəmlənməsini təmin etmək, onların Vətən həsrətini paylaşması üçün şərait yaratmaq, eləcə də milli adət-ənənələrimizi yaşatmaqdır”.
Münəvvər Vahabova hesab edir ki, burada yaradılmış Azərbaycan ab-havası nəinki azərbaycanlıları, eyni zamanda Bruklindəki Azərbaycan yəhudilərini, ruslarını cəlb edəcək.
Təşkilat rəhbəri deyib ki, “Azərbaycan Evi”ndə milli mətbəximizin əvəzolunmaz təamlarını təqdim edilməsi Azərbaycan mədəniyyətini ABŞ-da tanıtmaq istiqamətində müəyyən rol oynaya bilər.

-
Nida Xəbər 10:12
Şuşada Qlobal Media Forumunun ikinci günü başladı
-
Səhiyyə09:24
Pişikləri öpmək seksual aqressiyanı artırır - ARAŞDIRMA
-
Magazin207:47
Çağatayın yeni tərzi gündəm oldu - FOTO
-
Ekologiya07:17
Bu gün yağış yağacaq, şimşək çaxacaq
-
Rəsmi xronika07:00
İlham Əliyevin III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü keçirildi - YENİLƏNDİ
-
İdman06:46
Modriç “Real”dan ayrılan Vaskesə görün nə yazdı
-
Magazin106:16
"Bəsdirin, özünüzə korluq verməyin" - FOTO
-
Hadisə00:45
Azərbaycanda istirahət mərkəzində KÜTLƏVİ ZƏHƏRLƏNMƏ