Əflatun Amaşov Brüsseldədir
Bizi izləyin

Qırmızı.az

Əflatun Amaşov Brüsseldədir

Azərbaycan Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov Avropa Müstəqil Mətbuat Şuraları Alyansının 16-cı illik toplantısında iştirak üçün Belçikanın paytaxtı Brüsseldə səfərdədir. Sabahdan öz işinə başlayacaq toplantı iki gün davam edəcək.

Şuradan Publika.az-a verilən məlumata görə, MŞ sədri Ə.Amaşovun məruzə ilə çıxış edəcəyi tədbirdə Avropada fəaliyyət göstərən Mətbuat Şuralarının iş prinsipləri, həmçinin qitədə və dünyada söz azadlığının vəziyyəti, mövcud sahədəki tendensiyalar, internet media sahəsində tənzimləmə məsələləri müzakirə olunacaq.

Avropa Müstəqil Mətbuat Şuraları Alyansının 16-cı illik toplantısı ilə yanaşı, Brüsseldə postsovet ölkələrinin medianın özünütənzimləmə qurumları şəbəkəsinin də illik toplantısı keçirilir. Hazırda şəbəkəyə Azərbaycan sədrlik edir. Ə.Amaşov şəbəkənin ötən bir ildə gördüyü işlər barədə məruzə edib. Qurumun icraçı katibi, MŞ İdarə Heyətinin üzvü, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli isə çıxışında üzv təşkilatların qarşılıqlı əlaqələri inkişaf etdirməsi istiqamətindəki mümkün variantlardan söz açıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm