Qırmızı.az
Sürücülərə şad xəbər!
Bakıda Ziya Bünyadov prospektində əsaslı dəyişikliklər olunacaq.
Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin
rəhbəri Pünhan Mürsəliyevin Publika.az-a verdiyi
məlumata görə, yolda ümumi uzunluğu 9,2 km, hərəkət zolaqlarının
sayı isə keçdiyi ərazilərdən asılı olaraq 10-12 zolaq arasında
dəyişəcək.
Prospektin yenidən qurulmasında məqsəd 20 yanvar dairəsi, eləcə də
Qələbə kinoteatrının qarşısındakı dairə ilə Böyük Şor yol qovşağı
arasında nəqliyyat vasitələrinin sürətli, fasiləsiz hərəkətini
təmin etməkdir.
Qeyd edək ki, yol boyu nəzərdə tutulan qovşaqlarda biri istismara
verilib, digər 3 qovşaqda işlər başa çatdırılıb. Bəzi koməkçi
hissələr istisna olmaqla 3 qat asfalt-beton örtüyünün döşənməsi
sona çatmaq üzrədir. İşıqlandırma sisteminin böyük hissəsi
quraşdırılıb. Drenaj sistemində isə işlərin 95 faizi yerinə
yetirilib.
Hazırda sonuncu aşınma qatının vurulmasına hazırlıq işləri gedir.
Hava şəraiti normal keçərsə, sonuncu qatın döşənməsi oktyabrın
sonunadək yekunlaşacaq. “20 yanvar” dairəsi, eləcə də Qələbə
kinoteatrının qarşısındakı dairədən Böyük Şor qovşağına qədər
nəqliyyatın normal hərəkəti təmin olunub.
Gülnar Əliyeva
-
Hadisə14:06
Sabiq baş pediatr özünü güllələdi - TƏCİLİ
-
Rəsmi xronika14:05
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Yeniləndi
-
MDB13:33
Simonyanın İspaniyadakı çıxışı Rusiyanı qəzəbləndirdi: Senatorlara göstəriş verildi
-
Qoroskop13:25
Gecə 03:48-də başladı: mayın 10-a qədər... - Astroloqdan şok xəbərdarlıq
-
İdman12:36
Görün ulduz futbolçuların xanımları hansı peşələrdə çalışırmış - FOTOLAR
-
Magazin112:01
Cavanşir Məmmədova gələn müəmmalı zəng: son sözü bu olub
-
Sosial11:28
Sabah 31 dərəcə isti olacaq
-
Magazin111:01
Aktyor xalq artistinə belə cavab verdi: "Bu, onun başı üçün deyil"