Bakı bal yarmarkasında dava düşdü - VİDEO
Bizi izləyin

Qırmızı.az

Bakı bal yarmarkasında dava düşdü - VİDEO

Bakıda keçirilən ənənəvi bal yarmarkasında dava düşüb.

Səbəb yarmarkaya Qırğızıstandan arıçıların qatılması olub. Yerli əhalinin qırğızıstanlı fermerlərin alıcılara təklif etdiyi bala üstünlük verməsi azərbaycanlı arıçıların kəskin etirazına səbəb olub. Onlar Qırğızıstandan gələn arıçıların üstünə hücum çəkib.

Bu zaman təhlükəsizlik əməkdaşları aqressiv kütləni sakitləşdirməyə çalışıb. Yerli fermerlər etiraz əlaməti olaraq təşkilatçıları fitə basıb.

Nurəddin adlı fermer "Brifinq.com"un yarmarkada olan əməkdaşına bildirib ki, Qırğızıstandan gətirilən məhsul keyfiyyətsizdir və əhalini aldadırlar:

"Onlar öz məhsullarını "kraska" qabında satırlar. Keyfiyyətsiz bal satırlar. Bu yarmarka azərbaycanlı fermerlər üçün təşkil olunub. Qırğızıstan balının bu yarmarkada nə işi var!?"

Yarmarkada baş verən qarşıdurmanın görüntülərini təqdim edirik:

Oxumağa davam et
Reklam
Reklam

Gündəm