Sabah yağış yağacaq
Bizi izləyin

Qırmızı.az

Sabah yağış yağacaq

Oktyabrın 10-da Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı, günün ikinci yarısında tədricən kəsiləcəyi gözlənilir. Gündüz mülayim şimal küləyi əsəcək. Bu barədə Publika.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Havanın temperaturunun gecə 10-13, gündüz 15-17 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 767 mm civə sütunu, nisbi rütubət isə 80-90 faiz təşkil edəcək.

Bölgələrdə də arabir yağış yağacağı ehtimal olunur. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 9-14, gündüz 14-19, dağlarda gecə 0-5 dərəcə isti, bəzi yerlərdə 3 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm