420 minə yaxın gecikdirilmiş ödəniş işçilərə ödənilib
Bizi izləyin

Qırmızı.az

420 minə yaxın gecikdirilmiş ödəniş işçilərə ödənilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) tərəfindən bu ilin yanvar-sentyabr aylarında ümumilikdə 418 207 manat məbləğində gecikdirilmiş sosial xarakterli ödəmələrin işəgötürənlər tərəfindən işçilərə ödənilməsini təmin edib.

Nazirlikdən Publika.az-a verilən məlumata görə, həmin vəsaitin 388 125 manatını əmək haqları, 19 767 manatını zərərə görə ödənclər, 10 315 manatını isə sosial müavinət və kompensasiyalar təşkil edib.

Qeyd olunan istiqamətdə dövlət nəzarətinin gücləndirilməsi nəticəsində işçilərə əmək haqlarının və digər sosial xarakterli ödənişlərin gecikdirilməsi halları tədricən azalır. Belə ki, hesabat dövründə ötən ilin müvafiq dövrü ilə müqayisədə gecikdirilmiş əmək haqlarının məbləği 19,1 faiz, gecikdirilmiş zərərə görə ödənclərin məbləği 15,3 faiz, gecikdirilmiş sosial müavinət və kompensasiyaların məbləği isə 34 faiz azalıb.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm