Qırmızı.az
Baş prokurorluq seminar keçirib
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində rayon, şəhər və ərazi hərbi prokurorlarının iştirakı ilə seminar keçirilib.
Fevralın 6-da Azərbaycan Respublikasının Baş prokuroru yanında
Korrupsiyaya qarşı Mübarizə İdarəsində “Korrupsiyaya qarşı
mübarizədə prokurorluğun rolu və əsas vəzifələri” mövzusunda
seminar keçirilib. Bu barədə Publika.Az-a Baş prokurorluğun mətbuat
xidmətindən məlumat verilib.
Tədbirdə Baş prokurorun birinci müavini Rüstəm Usubov, Azərbaycan
Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının
katibi Vüsal Hüseynov, Baş prokuror yanında Korrupsiyaya qarşı
Mübarizə İdarəsinin rəisi Kamran Əliyev, idarənin əməkdaşları,
rayon, şəhər və ərazi hərbi prokurorları iştirak ediblər.
Seminardan əvvəl tədbir iştirakçıları Baş prokuror yanında
Korrupsiyaya qarşı Mübarizə İdarəsinin inzibati binasının foyesində
ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək
unudulmaz xatirəsini ehtiramla yad etmiş, daha sonra bina ilə tanış
olublar.
Tədbiri giriş sözü ilə açan Baş prokurorun birinci müavini Rüstəm
Usubov son illər Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyevin rəhbərliyi ilə korrupsiyaya qarşı mübarizə sahəsində
həyata keçirilmiş sistemli və davamlı tədbirlər barədə ətraflı
məlumat verməklə prokurorluq orqanlarının korrupsiya ilə mübarizəni
fəaliyyətinin prioritet xətt kimi müəyyən etdiyini bildirib.
Korrupsiyaya qarşı mübarizə tədbirlərinin daha da
gücləndirilməsinin zəruriliyini və prokurorluq orqanlarının
əməkdaşları qarşısında mühüm vəzifələrin durduğunu bildirən natiq,
dövlət başçısının siyasi iradəsinə uyğun olaraq bu sahədə
prokurorluq orqanlarının üzərinə düşən vəzifələrin öhdəsindən
layiqincə gələ biləcəklərinə əminliyini ifadə edib.
Tədbirdə Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın katibi
Vüsal Hüseynov çıxış edərək “Korrupsiyaya qarşı mübarizəyə dair
2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrası, o
cümlədən prokurorluq orqanları tərəfindən bu sahədə görülmüş işlər
və qarşıda duran vəzifələr, habelə Milli Fəaliyyət Planının icrası
ilə əlaqədar gözlənilən nəticələr barədə ətraflı məlumat verib.
Seminarda həmçinin, idarənin şöbə rəisləri Vüqar Əliyev və Elşən
Abbasov dövlət və bələdiyyə əmlakının və vəsaitlərinin idarə
olunması sahəsində korrupsiya ilə əlaqədar hüquqpozmalara qarşı
mübarizə ilə bağlı prokurorluq orqanlarının əsas vəzifələri və
prokurorluq əməkdaşları tərəfindən Etik Davranış Kodeksinin
tələblərinə əməl edilməsinin vəziyyəti barədə çıxışlar ediblər.
İnteraktiv şəraitdə keçirilən tədbirdə korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşdırılmış cinayət təqibi orqanı olan Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi ilə rayon, şəhər və ərazi hərbi prokurorluqları arasında əlaqələrin daha da genişləndirilməsinin, korrupsiyaya qarşı mübarizədə səylərin artırılmasının, birgə istintaq qruplarının yaradılmasının zəruriliyi vurğulanmış və bu sahədə fəaliyyətin daha kəsərli və səmərəli qurulması istiqamətində faydalı müzakirələr aparılıb.
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı