Qənirə Paşayeva Moldovanın Vulkaneştı bölgəsində Xocalı Soyqırımından danışıb
Bizi izləyin

Qırmızı.az

Qənirə Paşayeva Moldovanın Vulkaneştı bölgəsində Xocalı Soyqırımından danışıb

Moldovanın Vulkaneştı bölgəsinə səfər etmiş millət vəkili Qənirə Paşayeva Böyük Vətən Müharibəsi iştirakçılarının xatirəsinə ucaldılan "Memorial slava" abidəsini ziyarət edib. Daha sonra millət vəkili Qənirə Paşayeva Vulkaneştı bölgəsinin rəhbəri Georgi Qavriloviç Terzi ilə görüşüb.

Azərbaycanın ümumumilli lideri Heydər Əliyevin hər zaman Qaqauz Yerinə və Qaqauz türklərinə böyük dəstək verdiyini deyən Vulkaneştı bölgəsinin rəhbəri Georgi Qavriloviç Terzi Qaqauz Yerində Heydər Əliyevin çox sevildiyini bildirərək, onun siyasi kursunun Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etməsindən məmnunluğunu bildirib. Millət vəkili Qənirə Paşayeva, Azərbaycanın ümummilli lideri Heydər Əliyevin və bu siyasətin davamçısı prezident İlham Əliyevin hər zaman Qaqauz türklərinə sevgi və dəstəklə yanaşdığını deyərək, Azərbaycanla, onun müxtəlif bölgələri ilə Qaqauz Yeri arasında müxtəlif sahələrdə əməkdaşlığın, əlaqələrin genişlənməsi üçün böyük potensial olduğunu deyib. O, bu münasibətlərin getdikcə daha da inkişaf edəcəyinə inandığını deyib.

Vulkaneştı bölgəsinin rəhbəri Georgi Qavriloviç Terzi bölgə barədə geniş bilgilər verərək, qardaş Azərbaycanla münasibətlərin daha da inkişafında çox maraqlı olduqlarını bir daha vurğulayaraq, Azərbaycanlı iş adamlarının fəaliyyəti üçün Qaqauz Yerində hər cür imkan olduğunu, onları gözlədiklərini deyib. Qaqauz Yerinin bölgələri ilə Azərbaycanın bölgələri arasında arasında əməkdaşlığın genişlənməsi üçün böyük imkanlar olduğunu bildirən Vulkaneştı bölgəsinin rəhbəri Georgi Qavriloviç Terzi öz tərəflərindən çalışmaları daha da artıracaqlarını qeyd edib Millət vəkili Qənirə Paşayeva Vulkaneştı bölgəsinin deputatı Viktor Mixxayloviç Petrioğlu ilə görüşüb. Hər iki görüş zamanı Azərbaycanla bağlı, özəlliklə də Ermənistanın işğalçılıq siyasəti və Xocalı soyqırımı ilə bağlı geniş bilgilər verib, fikir mübadiləsi aparılıb.

Millət vəkili Q.Paşayeva bildirib ki, Ermənilərin törətdiyi Xocalı Soyqırımının yalnız bütün azərbaycanlılara qarşı bir soyqırım deyil, bütün insanlıq əleyhinə bir cinayətdir və dinindən, milliyyətindən asılı olmayaraq dünyada barış və sülh, ədalət tərəfində olan hər kəs Xocalı Soyqırımı, Qarabağ həqiqətlərinin, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarının dünyaya çatdırılması, bu soyqırımı törədənlərin öz layiqli cəzasını alması üçün çalışmalıdır. O, 1 milyon azərbaycanlının Ermənistanın işğalı nəticəsində öz doğma yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsi, onların ən adi insan haqlarının bu gün də Ermənistan tərəfindən pozulmaqda davam etməsi barədə danışaraq, deyib ki, dünyanın harasında yaşamasından asılı olmayaraq dünyada ədalətin yanında olan insanlar, Ermənistanın bu addımlarına laqeyd, seyrçi qalmamalı və buna qarşı öz etiraz səsini ucaltmalı, Xocalı soyqırımının tanınması, bu dəhşətli cinayəti törədənlərin ədalət qarşısında cavab verməsi, Azərbaycanlı qaçqın və məcburi köçkün qadınların öz ev-eşiklərinə dönməsi üçün səylərini artırmalıdırlar. Dünyanın bəzi ölkələrinin Xocalı Soyqırımını rəsmən tanıdıqlarını xüsusi vurğulayan millət vəkili Qənirə Paşayeva ədalət yanında olan ölkələrin bu soyqırımı rəsmən tanıyacaqlarına və sayının artacağına inandığını bildirdi.

Görüşün sonunda millət vəkili Qənirə Paşayeva rəhbərlik etdiyi “Avrasya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyi tərəfindən hazırlanan və ermənilərin tarix boyu azərbaycanlılara qarşı törətdiyi soyqırımları özündə əks etdirən “Azərbaycan həqiqətləri” filmlər kataloqunu, Azərbaycan həqiqətlərinə, Qarabağ problemi və Xocalı soyqırımıza dair kitablar, filmlər, materiallar və eyni zamanda Azərbaycan mədəniyyətinə dair materiallar da təqdim edib.

Səfər çərçivəsində millət vəkili bölgədəki "Zabota" reabilitasiya mərkəzini, tarix, arxeoloji, mədəniyyət muzeylərini ziyarət edib, muzeylərə Azərbaycan tarixi, mədəniyyəti ilə bağlı materiallar təqdim edib, bölgə ilə yaxından tanış olub. Millət vəkili səfər zamanı yerli ictimaiyyət və Kİv nümayəndələri ilə də görüşərək onlara Azərbaycan, Qarabağ, Xocalı Soyqırımı barədə geniş məlumatlat və müsahbələr verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm