Təhsil Şöbəsinin müdiri müəllimlərə həyətində qar təmizlədib?
Bizi izləyin

Qırmızı.az

Təhsil Şöbəsinin müdiri müəllimlərə həyətində qar təmizlədib?

Küçədə qar təmizləyən müəllimlərdən biri Sumqayıt şəhər Təhsil Şöbəsinin müdir əvəzi Vaqif Ələsgərovu yalan danışmaqda ittiham edir. Bu barədə “Axar.az”a məktub gəlib.

Küçədə qar təmizləyən müəllimlərdən biri Sumqayıt şəhər Təhsil Şöbəsinin müdir əvəzi Vaqif Ələsgərovu yalan danışmaqda ittiham edir. Bu barədə “Axar.az”a məktub gəlib.

Məktubda Təhsil şöbəsinin müdir əvəzi yalan danışmaqda ittiham edilir. Bildirilir ki: “Sumqayıt məktəblərində küçələri qardan təmizləyən texnika üçün 10 manatdan pul yığılır. Küçələri isə biz təmizləyirik, texnikanı görən yoxdur. O şəkildə görünən 18-ci mkr.-da “Elmar” marketdir. Vaqif Ələkbərovun evi də onun arxasındakı 1 saylı binadadır. Marketin qarşısını təmizləyəndən sonra həyəti də təmizləmişik”.

O qədər ağılsız adam deyiləm

Məsələylə bağlı Sumqayıt şəhər Təhsil Şöbəsinin müdir əvəzi Vaqif Ələsgərovla əlaqə yaratdıq. Vaqif Ələsgərov məsələyə münasibət bildirərək məlumatın qərəzli olduğunu qeyd edib:

“Düz deyil, qərəzli məlumatdır. Burda texnika ilə bağlı heç kim pul yığmır. Hə, düzdür, mən orda yaşayıram. Bax, bu dəqiqə gəlin mənimlə bərabər gedək, görün mənim yaşadığım binanın qabağı heç təmizlənib? Heç orda tərpənmək mümkün deyil ki... Külək oranı qarla doldurub. Qərəzli məlumatdır, yüz faiz. Mən o qədər ağılsız adam deyiləm ki, aparıb həyətimi təmizlətdirim”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm