Biləsuvarda namus üstündə qətl
Bizi izləyin

Qırmızı.az

Biləsuvarda namus üstündə qətl

Biləsuvar rayonunda dəhşətli qətl hadisəsi baş verib. Bu barədə Teleqraf.com-a Biləsuvar rayon Prokurorluğundan məlumat verilib. Məlumata görə, hadisə rayonun Bağbanlar kəndində qeydə alınıb. Kənd sakini Tofiq Hacıyev 26 yaşlı qızı Aidə Hacıyevanın başını kəsərək öldürüb. Rayon Polis İdarəsi və prokurorluq əməkdaşları hadisə yerinə gəlib. Hadisə ilə bağlı araşdırma aparılır. Tofiq Hacıyevin qızı ailəli olub. İki uşaq anası olan qadın başqa bir kişi ilə münasibət qurub. Onun bu hərəkəti kənd sakinləri arasında yayılıb. Tofiq Hacıyev hadisədən əvvəl qızı ilə bu haqda mübahisə edib. Mübahisə zamanı Tofiq Hacıyev qızını öldürüb. Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm