FHN Lənkəranda məşğələ keçirib
Bizi izləyin

Qırmızı.az

FHN Lənkəranda məşğələ keçirib

Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Mərkəzində “Qəza baş vermiş binada xilasetmə ləvazimatları və alpinist avadanlıqlarından istifadə etməklə zərərçəkmişin xilas edilməsi” mövzusunda məşğələ keçirilib.

FHN-dən Publika.az-a verilən məlumata görə, əsas məqsədi mərkəzin xüsusi xilasetmə hissəsinin şəxsi heyətinin qəza baş vermiş binada xilasetmə ləvazimatlarından istifadə etməklə zərərçəkmişin xilas edilməsi üzrə bilik və bacarıqlarını yoxlamaq və artırmaqdan ibarət olan məşğələyə 1 ədəd “Mersedes-Bens Sprinter” markalı xüsusi xilasetmə avtomobili və 1 “Nissan Patrol” markalı avtomobil cəlb olunub.

Şərti olaraq saat 16:00-da mərkəzin əməliyyat növbətçisinə Lənkəran şəhərində yerləşən Humanitar Kollecin 2-ci mərtəbəsində təmir işləri aparılan zaman partlayış baş verməsi barədə əməliyyat məlumatı daxil olub. Qəzada təmir işləri aparan işçilərin bir neçəsi köməksiz vəziyyətdə qalıb. Binada uçma və yanğın hadisəsinin başvermə ehtimalı var.

Dərhal mərkəzin xüsusi xilasetmə hissəsinə şərti həyəcan siqnalı verilib.

Xüsusi xilasetmə hissəsinin xilasetmə növbəsi xüsusi təyinatlı “Mersedes-Bens Sprinter” avtomobili ilə birlikdə hadisə yerinə gedib. Hadisə zamanı xilasedicilər ilkin olaraq təhlükəsiz və düzgün xilasetmə əməliyyatları keçirmək məqsədi ilə vizual kəşfiyyat aparıblar, baş vermiş hadisə barədə ilkin məlumatların mərkəzin əməliyyat növbətçisinə ötürülməsini təmin ediblər.

Xilasedicilər tərəfindən xüsusi xilasetmə avadanlığı və alpinist ləvazimatları vasitəsilə binanın içərisində xəsarət alan və köməksiz vəziyyətdə olan zərərçəkmişlərin hadisə yerindən təxliyəsi başlanılıb, xüsusi xilasetmə hissəsinin həkimi tərəfindən təxirəsalınmaz ilkin tibbi yardım göstərilib, zərərçəkmiş vətəndaşlarla psixoloji söhbətlər aparılıb.

Yekunda mərkəzin əməliyyat növbətçisinin, xüsusi xilasetmə hissəsinin fəaliyyəti və çatışmazlıqlar haqqında ətraflı müzakirələr aparılıb, yaranmış vəziyyət qiymətləndirilib, nöqsanların aradan qaldırılması istiqamətində müvafiq təkliflər irəli sürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm