Penitensiar xidmətdə müşavirə keçirilib
Bizi izləyin

Qırmızı.az

Penitensiar xidmətdə müşavirə keçirilib

Ədliyyə Nazirliyi Penitensiar xidmətinin rəis müavini, ədliyyə general-mayoru Nizaməddin Cəlilov Mühafizə alayının komandanlığı və bölük komindirlərinin iştirakı ilə müşavirə keçirib.

Publika.az xidmətin rəsmi saytına istinadən xəbər verir ki, müşavirə Mühafizə alayının fəaliyyəti üzrə göstəricilərin yaxşılaşdırılması və qarşıya qoyulmuş vəzifələrin icrasına həsr olunub. Rəis müavini çıxış edərək xidməti intizamın möhkəmləndirilməsi, döyüş xidməti nizamnaməsinin tələblərinə ciddi əməl olunması, həqiqi hərbi xidmət keçən əsgərlərə diqqət və qayğının artırılmasına dair tapşırıq və tövsiyyələrini verib.

Müşavirədən sonra N.Cəlilov xidmətə yeni başlayan gənc əsgərlərlə görüşüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm