Müstəqilliyin bərpası günü necə qeyd olunacaq? – Rəsmi
Bizi izləyin

Qırmızı.az

Müstəqilliyin bərpası günü necə qeyd olunacaq? – Rəsmi

Bakı rayonlarının mədəniyyət mərkəzlərində Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 23-cü ildönümü ilə bağlı tədbirlər keçiriləcək.

Axar.az xəbər verir ki, Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin Bərpası Aktının qəbul olunduğu gün – 18 oktyabrda - paytaxtın Nəsimi, Səbail, Yasamal, Sabunçu, Binəqədi, Qaradağ, Xətai, Nizami, Xəzər, Nərimanov rayonlarının mədəniyyət mərkəzlərində sərgilər, dəyirmi masalar və digər tədbirlərin keçirilməsi nəzərdə tutulur.

18 oktyabr Azərbaycanın Dövlət Müstəqilliyinin bərpası günüdür. 1991-ci il avqustun 30-da Azərbaycan Parlamenti Dövlət Müstəqilliyinin bərpası haqqında Konstitusiya Aktının hazırlanması barədə qərar verib. Bu Konstitusiya Aktının qəbulu ilə bağlı müraciət edən 43 millət vəkili Azərbaycan tarixinə “İstiqlalçı deputatlar” olaraq düşüb.

Oktyabrın 18-də Aktın qəbulu ilə bağlı səsvermə keçirilib. O zaman 360 deputatdan ibarət olan Ali Sovetin 258-si qanunun lehinə səs verib. Digər 102 deputatdan bəziləri səsverməyə qatılmayıb, bəziləri isə müstəqilliyin əleyhinə səs verib.

Konstitusiya Aktında müstəqil Azərbaycanın 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisi olduğu göstərilir. Konstitusiya Aktı 6 fəsil, 32 maddədən ibarətdir.

1991-ci il dekabrın 29-da ümumxalq referendumunda məsələ müzakirəyə çıxarılıb və əhalinin 95%-i səsvermədə iştirak edərək ölkənin müstəqilliyinə, suverenliyinə və istiqlaliyyətinə səs verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm