Qənirə Paşayeva Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzini ziyarət edib
Bizi izləyin

Qırmızı.az

Qənirə Paşayeva Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzini ziyarət edib

Millət vəkili Qənirə Paşayeva Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzini ziyarət edib, uşaqlarla, onların valideynləri və mərkəzin kollektivi ilə görüşüb və geniş söhbət edib. Ökəmizin Birinci xanımı Mehriban xanım Əliyevanın diqqət və qayğısı sayəsində belə bir mərkəzin açılmasının daun sindromlu uşaqların yüksək səviyyədə müalicə və təhsil almasına imkan verdiyini vurğulayan millət vəkili Qənirə Paşayeva bu mərkəzdə göstərilən bütün xidmətlərin pulsuz olduğunu qeyd edərək bütün daun sindromlu uşaqların onun fəaliyyətindən geniş yararlanmasının əhəmiyyətini vurğulayıb.

O bildirib ki, bu sindromla doğulan uşaqların hamısı bu mərkəzə müraciət edərək mütəxəssislərin nəzarətində olarlarsa bu uşaqlar üçün də, ailələr üçün də müsbət olar. Millət vəkili Q.Paşayeva daun sindromlu şəxslərə ailələrin, cəmiyyətin ümumi baxışının dəyişilməsi məqsədilə əhali arasında geniş maarifləndirmə işlərinin genişlənməsinin vacibliyini də qeyd edib. Ailəsində daun sindromlu uşaqların doğulması nəticəsində tək qalan anaların problemlərinə daha ciddi diqqət göstərilməsinin vacibliyi ətrafında da fikir mübadiləsi aparılıb. Mərkəzin kollektivi ilə söhbət zamanı millət vəkili Qənirə Paşayeva onlara bu önəmli fəaliyyətlərində uğurlar arzulayıb. Qənirə Paşayeva hər bir uşaq və ailsi ilə də söhbət edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm