Qırmızı.az
Həbsxanada kartofun içindən telefon çıxdı - FOTO
Bakı İstintaq Təcridxanasına sovqatda kartofun içərisində mobil telefon keçirilməsi cəhdinin qarşısı alınıb.
Ədliyyə Nazirliyi Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Publika.az-a verilən məlumata görə, Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində Bakı İstintaq Təcridxanasında saxlanılan şəxs Elşad Şirvan oğlu Abbasovun yanına qısamüddətli görüşə gəlmiş Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi, ev 18, mənzil 56 ünvanında qeydiyyatda olan vətəndaş Edqar Bəhmən oğlu Əmirovun görüş otağında üzərinə və əşyalarına baxış keçirilib. Baxış zamanı onun gətirdiyi sovqatdakı kartofun içərisində xüsusi üsulla gizlədilmiş, daxilində “Nar” danışıq kartı olan 1 ədəd “Nokia” markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.
Qeyd edək ki, E.Abbasov Cinayət Məcəlləsinin 221.3 maddəsinə əsasən təqsirli bilinərək həbs edilib.
Fakt üzrə araşdırma aparılır.
-
Yaxın Şərq09:12
İsrail İranı vurdu: görün neft bahalaşaraq neçəyə oldu
-
Hadisə08:07
Qızı ilə Kürdə batan atanın meyiti TAPILDI
-
Magazin106:16
Əməkdar artist: “Oğlumun vəfatından sonra yatmıram”
-
Kriminal03:30
Sumqayıtda AİLƏ FACİƏSİ: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu