Xalq artisti təbii qazın kəsilməsinə görə etiraz aksiyası keçirəcək
Bizi izləyin

Qırmızı.az

Xalq artisti təbii qazın kəsilməsinə görə etiraz aksiyası keçirəcək

"Fevralın 8-də etiraz aksiyası keçirəcəyik. Mən də qonşularla birlikdə bütün aksiyalarda iştirak edəcəyəm”.

"Fevralın 8-də etiraz aksiyası keçirəcəyik. Mən də qonşularla birlikdə bütün aksiyalarda iştirak edəcəyəm”.

Bunu AzNews.az-a açıqlamasında xalq artisti Qəndab Quliyeva deyib. O bildirib ki, 2008-ci ildən Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, 3068-ci məhəllədə yerləşən "Olimp” mənzil-tikinti kooperativinin binasının sakinləri qazsız, soyuq və bərbad həyat tərzi sürməyə məhkum olublar. Sonradan binanın tikintisi dayandırılıb:

"Tikintini dayandırmaqla problemi necə həll etmək olar? Həyəti bu obyektlərdən təmizləmək lazımdır. Binanı inşa edən şirkət rəhbəri də qanunsuzluq edir. Prezident İlham Əliyev bu cür qanunsuz halların qarşısının alınması haqda dəfələrlə danışıb. Müvafiq orqanlar da bunu unutmamalıdırlar”.

Q. Quliyeva bir neçə gün əvvəl Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının yaşadığı binaya gəldiyini də söyləyib: "Bu yaxınlarda Bakı Şəhər İcra Hakimiyyətinin iki əməkdaşı da yaşayış kompleksinə gəlib və texniki planı ilə tanış olublar. Xahiş edirəm ki, bizim problemimiz rəhbərliyə çatdırılsın. Bu yaşayış kompleksində bir neçə xalq artisti, əməkdar idman ustaları, Qarabağ müharibəsinin veteranları yaşayır”.

Xatırladaq ki, xalq artisti Qəndab Quliyevanın yaşadığı "Olimp” mənzil-tikinti kooperativinin binasının sakinləri bir müddət əvvəl də etiraz aksiyası keçirib. Sakinlər mənzillərində istilik sisteminin olmamasından şikayət edirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm