Xəzər dənizinin hidrometeoroloji atlası çapdan çıxdı
Bizi izləyin

Qırmızı.az

Xəzər dənizinin hidrometeoroloji atlası çapdan çıxdı

Azərbaycan Milli Elmlər Akademiyasi (AMEA) akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədovun “Xəzər dənizinin hidrometeoroloji atlası” çapdan çıxıb.

İnstitutdan Publika.az-a verilən məlumata görə, 30 səhifədən ibarət atlas şərti olaraq yeddi hissəyə bölünür. Atlasda Xəzər dənizi səth qatının aylar üzrə, sonra isə orta illik temperatur paylanması, dənizin Azərbaycan şelfinin müxtəlif hissələrində, ilin müxtəlif fəsillərində temperaturun paylanması, dəniz üzərində havanın temperaturu, mütləq və nisbi rütubət, buludluluq, radiasiya kimi məlumatlar xəritələşdirilib.

Atlas Xəzər dənizində müxtəlif təsərrüfat fəaliyyətində (neft hasilatı, nəql, hidrotexniki qurğuların tikilməsi, gəmiçilik və s.) istifadə etmək üçün hazırlanıb. Ondan hidrometeorologiya, hidrofizika və Xəzər dənizi regionunda sosial-iqtisadi şəraitlə məşğul olan mütəxəssislər də istifadə edə bilərlər. Atlas doktorantlar və universitetlərin müvafiq sahələrində təhsil alan tələbələri üçün də faydalıdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm