Dələduzlar tutuldu
Bizi izləyin

Qırmızı.az

Dələduzlar tutuldu

Bakıda dələduzluğa görə axtarışda olan iki nəfər tutulub.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, Yasamal rayon Polis İdarəsi 29-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məccələsinin 178-ci (dələduzluq) maddəsilə axtarışda olan 1975-ci il təvəllüdlü Etibar Mustafayev tutulub.

Eyni maddə ilə axtarışda olan daha bir şəxs Suraxanı polisi tərəfindən yaxalanıb. Belə ki, Suraxanı RPİ 30-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 1984-cü il təvəllüdlü Bəxtiyar Hüseynov tutulub.

Gülnar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm