Azərbaycanda körpə ölümü 25% azalıb
Bizi izləyin

Qırmızı.az

Azərbaycanda körpə ölümü 25% azalıb

Səhiyyə Nazirliyi tərəfindən 2011-ci il “Demoqrafiya və Sağlamlıq”sorğusunun nəticələrinə həsr olunmuş konfrans keçirilib

Səhiyyə Nazirliyi tərəfindən 2011-ci il “Demoqrafiya və Sağlamlıq”sorğusunun nəticələrinə həsr olunmuş konfrans keçirilib.

Publika.Az-ın verdiyi xəbərə görə, sorğu “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf proqramı” çərçivəsində həyata keçirilib. Sorğu ölkənin 9 iqtisadi rayonunu- Bakı, Abşeron, Gəncə-Qazax, Şəki-Zaqatala, Quba-Xaçmaz,Lənkəran, Yuxarı Qarabağ, Daölıq Şirvanı əhatə edib. Sorğu 7041 ev təsərrüfatında, 15-49 yaşlı 9381 qadın arasında keçirilib.

DSS-2011-ci ilin seçilmiş nəticələri: -Sorğuya əsasən, son 5 il ərzində uşaq doğulması və bütün fertillik əmsallarında həmin dövrdə əvvəlki illərlə müqayisədə artım müşahidə edilib. 2006-cı ildə keçirilmiş anoloji sorğunun nəticələri ilə müqayisədə neonatal ölüm 21%, postneonal ölüm 33%, körpə ölümü 25%, beş yaşadək ölüm 20% azalıb.

-DSS 2006-cı illə müqayisədə 15-49 yaşlı hər 1000 qadına düşən abortların sayı 28.5 dəfə azalıb.

-15-49 yaşlı bütün qadınların 87.1%-i evli, evli qadınların 97.2%-i ən azı bir kontrasepsiya üsulu haqqında məlumatlıdır.

Evli qadınların təxminən 14%-i müasir üsullardan, digər 41%-i isə çoxluğu təşkil edən ənənəvi üsullardan istifadə edirlər. Sorğu ev təsərrüfatının xüsusiyyətləri, gender münasibətləri, QİÇS, cinsi yolla yayılan xəstəliklərlə bağlı keçirilib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm