Qırmızı.az
Zavodun 220 min manatlıq əmlakı mənimsənildi
Saxta etibarnamə ilə müxtəlif dövlətlərdə yerləşən şirkətlərə 215 ton yüksək təzyiqli polietilen məhsulları göndərərək 221 min 450 manat əmlakı mənimsəmiş şəxsin cinayət işi məhkəməyə göndərilib.
Baş Prokurorluğun mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, vətəndaş Əlican Səfərovun qanunsuz hərəkətlərinə dair Bakı Apellyasiya Məhkəməsinin xüsusi qərardadı ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış cinayət işinin istintaqı yekunlaşıb.
İstintaq zamanı Əlican Səfərovun “Polymer-Trade Ltd” şirkəti ilə “Azərikimya” Dövlət Şirkətinin “Etilen-Polietilen” zavodu arasında bağlanmış müqaviləyə uyğun olaraq alıcı “Polymer-Trade Ltd” şirkətinin məlumatı olmadan şirkətin adından saxta etibarnamə ilə hazırladığı sifariş məktublarından istifadə edərək müxtəlif dövlətlərdə yerləşən şirkətlərə 221 min 450 manat dəyərində 215 ton yüksək təzyiqli polietilen məhsullarının göndərilməsini və satılmasını təmin etməklə “Polymer-Trade Ltd”– yə məxsus külli miqdarda əmlakın dələduzluq yolu ilə ələ keçirməsinə şübhələr üçün əsaslar olduğundan ona Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq), 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma), 320.2-ci (hüquq verən və ya vəzifədən azad edən vəsiqə və ya digər saxta sənədlərdən istifadə etmə) maddələrində nəzərdə tutulan ittiham elan edilib.
İstintaq zamanı ziyanın ödənilməsi qismən təmin edilib.
Cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!
-
Hadisə24 Aprel 21:49
Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar etdi