Sabah hava küləkli olacaq
Bizi izləyin

Qırmızı.az

Sabah hava küləkli olacaq

Sabah axşam Bakıda cənub küləyi şimal küləyi ilə əvəz olunacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Publika.az-a verilən məlumata görə, oktyabrın 15-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Axşam buludluluğun artacağı, gecəyə doğru bəzi yerlərdə duman olacağı ehtimalı var. Mülayim cənub küləyi axşam şimal küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun gecə 13-16, gündüz 22-27 dərəcə isti olacağı gözlənilir.

Azərbaycan əskər rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər ayrı-ayrı yerlərdə duman, çiskin olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 11-16, gündüz 22-27, dağlarda gecə 4-8, gündüz 14-19 dərəcə isti olacağı proqnozlaşdırılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm