Rusiyanın axtardığı daha 5 azərbaycanlı tutuldu
Bizi izləyin

Qırmızı.az

Rusiyanın axtardığı daha 5 azərbaycanlı tutuldu

Azərbaycanda Rusiyada barələrində müxtəlif cinayətlərin törədilməsinə görə axtarış elan edilmiş 5 nəfər azərbaycanlı tutulub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, Baş Cinayət-Axtarış İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsi (qəsdən adam öldürmə) ilə axtarışda olanlar - İlqar Əmirov və Famil Qurbanov, 111-ci maddəsi (qəsdən sağlamlığa ağır zərər vurma) ilə axtarışda olanlar - Vüqar Məmmədov və Cəbrayıl Fərzəliyev tutulublar.

Mingəçevir Şəhər Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 111-ci maddəsi (qəsdən sağlamlığa ağır zərər vurma) ilə axtarışda olan Sənan Məmmədov tutulub.

Qeyd edək ki, dünən DİN tərəfindən yayılan məlumatlarda Rusiyada Federasiyasında axtarışda olan 6 nəfər azərbaycanlının tutulduğu, 2-sinin isə saxlanıldığı bildirilirdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm