"Azərsu" yeni idarə yaratdı
Bizi izləyin

Qırmızı.az

"Azərsu" yeni idarə yaratdı

“Azərsu” ASC qaçqın və məcburi köçkünlərin içməli su və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması istiqamətində kompleks tədbirləri davam etdirir.

“Azərsu” ASC-dən Publika.az-a verilən məlumata görə, əhalisinin əksər hissəsini Xocalı rayonundan olan məcburi köçkünlərinin təşkil etdiyi Goranboy rayonunun Aşağı Ağcakənd, Yuxarı Ağcakənd qəsəbələrinə, eləcə də Cəmilli və Meşəli kəndlərinə “Azərsu” ASC-nin “Birləşmiş Sukanal” MMC-nin Xocalı Su Təchizatı Qurğularının İstismarı və Su Satışı filialı xidmət göstərirdi.

Qəsəbədə istehlakçılara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, mövcud şəbəkələrin saxlanması və səmərəli istifadə olunmasını təmin etmək məqsədilə filialın bazasında Xocalı Sukanal İdarəsi yaradılıb.

Xocalı Sukanal İdarəsinin xidmət göstərdiyi yaşayış məntəqələrində 10 ədəd su anbarı, 32 km su xətti mövcuddur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm