Qırmızı.az
AMEA-da magistratura təhsili təşkil olunacaq
Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətində AMEA-da magistr hazırlığının təşkili ilə bağlı qərar qəbul edilib.
AMEA-nın mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, ölkə Prezidentinin 4 yanvar 2003-cü il tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Milli Elmlər Akademiyasının Nizamnaməsi”ndə magistratura yolu ilə yüksəkixtisaslı kadrların hazırlanması barədə bir sıra müddəalar təsbit olunub. Həmçinin, Azərbaycan Prezidenti tərəfindən “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya”da elm və təhsilin inteqrasiyası əsasında yüksəkixtisaslı kadrların hazırlanması ilə bağlı Akademiya qarşısında müəyyən vəzifələr qoyulub.
Qeyd olunanlar AMEA-nın yüksəkixtisaslı kadrların hazırlanması sahəsində fəaliyyətinin, magistratura təhsil səviyyəsi də nəzərə alınmaqla, yeni əsaslar üzərində təşkili zərurətini meydana çıxarıb.
Bütün bunları nəzərə alaraq, AMEA-nın prezidenti Akademiyada magistratura təhsilinin yaradılması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevə müraciət edib. Müraciət ölkə rəhbərliyi tərəfindən müsbət qarşılanıb, Akademiyaya magistr hazırlığının təşkili üçün lazımi tədbirlərin həyata keçirilməsi tapşırılıb. Həmçinin magistratura təhsil səviyyəsinin elmi araşdırmalar üçün böyük imkanlar yaratdığını, məzunlara gənc yaşlarından elmi tədqiqat vərdişləri aşıladığını nəzərə alaraq, Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətində AMEA-da magistr hazırlığının təşkili ilə bağlı qərar qəbul edilib.
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?