Qırmızı.az
Qaynının əllərini, gözlərini bağlayıb qarajda asdı

Türkiyənin Kütahya bölgəsində gözləri və ağzı dəsmalla, əlləri arxadan iplə bağlanmış sellofan və kətan torbaya bükülmüş kişi meyiti aşkarlanıb. Təsadüf nəticəsində qarajda aşkarlanan meyitin iki il əvvəl itkin düşdüyü güman edilən Ramazan Çingizə aid olduğu müəyyən edilib.
Publika.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, meyit R.Çingizin qaynı Mustafa Qanın evi yaxınlığında aşkarlanıb. Şübhəli şəxs qismində R.Çingizin həyat yoldaşı dindirilsə də, qaynı M.Qan qətli törətdiyini etiraf edib.
O, yeznəsini öldürmə səbəbini ondan mütəmadi pul istəməsi ilə əsaslandırıb.
“Ramazan daim pul istəməsi ilə məni bezdirmişdi. Onun qumar borclarını ödəmək üçün az qala iflas edirdim. Amma buna baxmayaraq, o, hələ də pul istəməkdə davam edirdi. İş o yerə çatmışdı ki, atamızdan qalan mülkü satıb, bacımın payını ona verməyimizi istəyirdi. Borclarına görə, yaşadığı yerdən də köçmüşdü. Amma yenə də insanlardan borc istəyirdi, onun əlindən qohumlar yanında pis vəziyyətə düşmüşdük. Bir gün yenə mənə zəng edib pul istədi. Mən də istədiyi pulu verəcəyimi dedim. Gələndə onu zirzəmiyə apardım. Özünə əllərini arxadan iplə, gözlərini və ağzını dəsmalla bağlayacağımı və stolun üstünə çıxsa pul verəcəyimi dedim. Bunları etdi və əvvəldən tavana bağladığım ipi boğazına keçirdim, stolu çəkdim. Daha sonra otağın qapısını bağlayıb evə getdim. Gecə ipi kəsib onu sellofan və kətan torbaya büküb evdən 20 metr aralıdakı kirayə tutuduğum qaraja apardım. Daha sonra onun telefonundan atasına “pulu aldım, geri qayıdıram” mesajını yazdım və telefonu yandırdım”.
Bu hadisədən sonra isə iki ildir ailə itkin düşmüş R.Çingizi axtarır. M.Qan isə həmin qarajı bir daha açmır və işini dəyişir. Bir müddət əvvəl isə qaraj sahibi onu başqasına satmaq istəyərkən orada R.Çingizin meyiti tapılıb.
Gülxar

-
Qoroskop21:12
Ayın 10-u bu bürcün həyatı dəyişəcək
-
Yaxın Şərq21:00
İran İsrailin bu strateji obyektlərini vurub - Təl-Əviv ilk dəfə TƏSDİQLƏDİ
-
İdman19:24
Dəhşətli faciənin ilk təfərrüatı - Futbolçu qardaşların yanaraq öldüyü qəza necə baş verib?
-
Dünya17:58
Dünyanın ən toxunulmaz əraziləri: Göydən də qorunur, üzərindən uçuş qadağandır - FOTOLAR
-
Rəsmi xronika17:05
İlham Əliyev 2 fərman imzaladı
-
Maraq dünyası16:07
Göydə üzən sərvət: ABŞ arxasınca raket göndərdi - Bu tarixdə çatacaq
-
Sosial14:53
Əli Əsədov yeni qərar imzaladı
-
Region14:27
Paşinyanın adamı ermənilərə vəd verdi: Azərbaycanla barışdıqdan sonra pul sel kimi axacaq