Səudiyyə Ərəbistanın səfiri “Khazar Islands”a səfər edib
Bizi izləyin

Qırmızı.az

Səudiyyə Ərəbistanın səfiri “Khazar Islands”a səfər edib

Səudiyyə Ərəbistanı Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Müsaid bin İbrahim əs-Süleymd oktyabrın 14-də “Avesta Concern”in həyata keçirdiyi “Khazar Islands” layihəsi çərçivəsində görülən işlərlə yerində tanış olmaq üçün layihənin həyata keçirildiyi əraziyə gedib.

“Avesta Concern”in prezidenti Hacı İbrahim Nehrəmli ilə görüşən səfir Müsaid bin İbrahim əs-Süleymdə “Khazar İslands” layihəsi ilə bağlı geniş məlumat verilib.

“Avesta Concern”in prezidenti Hacı İbrahim Nehrəmli Azərbaycanla Səudiyyə Ərəbistanı arasında siyasi və iqtisadi münasibətlərin yüksək səviyyədə olmasını qeyd edib və bunun iki ölkənin biznes dairələri üçün geniş imkanlar yaratdığını səfirin diqqətinə çatdırıb. Səfir Müsaid bin İbrahim əs-Süleymdini də iki ölkə arasındakı münasibətlərin yüksək səviyyədə olmasından məmnun olduğunu, bu münasibətlərin iş adamları arasında əlaqələrə öz töhfəsini verəcəyinə ümidini ifadə edib.

Danışıqlar zamanı hörmətli qonağa “Khazar Islands” layihəsi ilə bağlı ətraflı məlumat verən “Avesta Concern”in prezidenti Hacı İbrahim Nehrəmli başçılıq etdiyi şirkətin həyata keçirdiyi layihələrdə Səudiyyə Ərəbistanından olan iş adamları ilə ortaq əməkdaşlığa hazır olduğunu bildirib. Səfir Müsaid bin İbrahim əs-Süleymd də “Khazar İslands” layihəsinin çox cəlb edici olduğunu, ölkəsinin iş adamlarının bu layihədə yer ala biləcəyini qeyd edərək, belə böyük layihəni həyata keçirdiyinə görə “Avesta Concern”in prezidenti Hacı İbrahim Nehrəmlini təbrik edib.

“Avesta Concern”in prezidenti Hacı İbrahim Nehrəmli isə belə böyük layihələrin həyata keçirilməsinin Azərbaycanın regionun lider dövlət olmasının məntiqi nəticəsi olduğunu qeyd edib.

Səfir Müsaid bin İbrahim əs-Süleymd həm layihə, həm də görülən işlərlə ətraflı tanış olub, “Khazar Islands” xoş təəssüratla ayrılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm