DSX ilə Türkiyə Sahil Güvənliyi arasında əməkdaşlıq müzakirə edilib
Bizi izləyin

Qırmızı.az

DSX ilə Türkiyə Sahil Güvənliyi arasında əməkdaşlıq müzakirə edilib

Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) dəvəti ilə Türkiyə Sahil Güvənliyinin komandanı vitse-admiral Hakan Üstemin rəhbərlik etdiyi nümayəndə heyəti Bakıya səfərə gəlib.

Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, DSX Aparatında Azərbaycan və Türkiyə nümayəndə heyətləri arasında görüş keçirilib. Görüşdə dövlət sərhədlərinin mühafizəsinin gücləndirilməsi istiqamətində əldə olunmuş nailiyyətlər, Azərbaycan Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi ilə Türkiyə Sahil Güvənliyi arasında ikitərəfli münasibətlərin vəziyyəti və perspektivləri barədə fikir mübadiləsi aparılıb, sərhəd təhlükəsizliyi sahəsində qarşılıqlı faydalı əməkdaşlığın davam etdirilməsinin vacibliyi qeyd edilib.

Oktyabrın 17-dək davam edəcək səfər çərçivəsində Türkiyə nümayəndə heyətinin DSX Sahil Mühafizəsinin sahil bazası, sərhəd gözətçi gəmiləri, digər qüvvə və vasitələri ilə tanış olması nəzərdə tutulub.

Səfər müddətində nümayəndə heyəti Bakı şəhərinin mədəni-tarixi yerləri ilə tanış edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm