Azərbaycan əhalisinin Demoqrafiya və Sağlamlıq Sorğusu ilə bağlı konfrans keçirildi
Bizi izləyin

Qırmızı.az

Azərbaycan əhalisinin Demoqrafiya və Sağlamlıq Sorğusu ilə bağlı konfrans keçirildi

"Abort göstəricisi 40%-dən çoxdursa..."

Azərbaycan əhalisinin Demoqrafiya və Sağlamlıq Sorğusu ilə bağlı konfrans keçirilib.

Konfransda DSS 2011 sorğusunun nəticələri açıqlanıb. Sorğu Səhiyyə nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilib. Tədbirdə çıxış edən Səhiyyə Nazirinin müavini Elsəvər Ağayev bu sorğunun “2008-2015-ci illərdə Azərbaycan Respublikasından Yoxsulluğun azaldılması və Davamlı inkişaf Dövlət Proqramı” çərçivəsində keçirilib.

“DSS sorğusunun vaxtaşırı keçirilməsi əhalinin rifah halının vaxtaşırı yaxşılaşdırılması istiqamətində əldə edilmiş naliyyətləri artırmaq, yoxsulluq səviyyəsinin azaldılması, BMT-nin Minilliyin inkişafı, Məqsədlərindən irəli gələn vəzifələrin yerinə yetirilməsi üçün zəruri şərtlərdən biridir. Ölkəmizdə ilk belə sorğu 2006-cı ildə keçirilib, ilk dəfə isə 2011-ci ildə sorğu məhz Səhiyyə Nazirliyi tərəfindən təşkil edilib”.

Uşaqların arasında anemiyaların 50 faiz təşkil etməsi bizi qane etmir. Düzdür, əvvəlki sorğuya nisbətən rəqəmlər daha yaxşıdır. Yenidoğulanlar, uşaq ölümləri ilə bağlı məsələlər ÜST-nın meyarları əsasında aparılıb. Tədbirdə çıxış edən İctimai Səhiyyə və İslahatlar mərkəzinin direktoru Ceyhun Məmmədov ölkədə bu sorğuların vaxtaşırı keçirilməsi yoxsulluq səviyyəsinin azaldılması, əhalinin inkişaf göstəricilərinə hesablandığını bildirib:

“2006-cı ildə ilk dəfə keçirilən sorğu uzun müddət müzakirə edilib. İlk sorğu Dövlət Statistika Komitəsi və xarici təşkilatla keçirmişdi. Sonuncu sorğu isə Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilib. Bu sorğu həm də mütəxəssislərimizə yeni imkanlar yaratdı. DSS 2011-ci il sorğusu zamanı əvvəlki illərə nisbətən səhiyyə sahəsində bir sıra naliyyətlər əldə edilib. 2009-cu il yaradılan səyyar briqadalar 300 mindən çox uşaq müayinədən keçirilib, aşkarlanan xəstəliklər üzrə müalicəyə cəlb ediliblər. Antenatal xidmətin təşkili, prenatal yardım üzrə göstərilən tibbi yardımın keyfiyyətinin artırılmasına səbəb olub. Evdə doğum hallarının azalması, yüksək təczhizatlı xəstəxanaların əlçatımlığından irəli gəlir”.

C.Məmmədov əvvəlki sorğunun nəticələrinin sonrakı dövrlərdə də hiss edildiyini dedi: “Dünya Səhiyyə Təşkilatının rəqəmlərinə qeysəriyyə əməliyyatları ümumi doğuşların 12%-ni təşkil edir.Azərbaycanda isə 2011-ci ildə bu rəqəm doğuşların 20%-ni təşkil edib. Bunu nəzərə alaraq, ölkədə bu istiqamətdə müvafiq qərarlar qəbul edildi”. Sorğunun kordinatoru Lütfi Qafarov sorğunun keçirilməsi üsulları barədə məlumat verdi: “Ev təsərrüfatları sorğularında hər bir ev təsərrüfatı üzvü və qohumların yaşı, əlaqələri, ikinci hissədə evin növü suyun mənbəyi və s. istiqamətləri əhatə edib. 15-49 yaşlı qadınların son 5 ilə aid ümumi məlumatlar, doğuşlar, abortlar, uşaqların qidalanması, ailə vəziyyəti, qadının məşğulluğu öyrənilib”.

Daha sonra İSİM-in əməkdaşları, layihənin koordinatorları Tural Quliyev və Tövhə Cəmilova sorğu nəticələri təqdim edilib. Millət vəkili Musa Quliyev bildirib ki, bu sorğu təkcə bugün üçün deyil, həm də gələcəkdə də problemlərin aradan qaldırılmasında önəmli rol oynayacaq: “Bu sorğuda yalnız ürəkaçan rəqəmlər deyil, eyni zamanda diqqət ayrılmalı olan məqamlar öyrənilir, onların həlli üçün istiqamət verir. Qadınların sağlamlığı, abort məsələləri bizi də çox narahat edir. Abort göstəricisi 40%-dən çoxdursa, bu çox mənfi haldır, hətta avropadan yanaşdıqda bu vəhşilik kimi görünür. Ana və uşaq ölümlərinin sayı azalsa da, bununla bağlı dünya standartları tətbiq edilməlidir. Səhiyyə Nazirliyi çox iş görsə də, bunu ictimaiyyətə çatdıra bilmir. Həkimlərimiz danışa bilmir. Bu çox təəssüfləndirici haldır. Həkimlərimiz ana ölümləri ilə bağlı məsələləri ictimailəşdirməyi bacarmalıdır. Ana ölümlərində ictimaiyyət daha çox məsuliyyət daşıyır”.

Millət vəkili Məlahət İbrahimli isə bildirib ki, bu sənəd yalnız praktiki alimlər üçün yox, ümumiyyətlə alimlər üçün də çox əhəmiyyətlidir: “Bu araşdırma görülməli olan işlərin çox olduğunu göstərdi. Bu istiqamətdə müxtəlif addımlar atılır. Amma yeniliklərə də ehtiyac var. Bəzi nəticələr həqiqətən də dəhşətlidir. Xüsusən də qadınların kişilər tərəfindən döyülmə ilə bağlı cavabları bizi narahat etməlidir. Bəzi nəticələr göstərdi ki, problem yalnız Səhiyyə Nazirliyi ilə əlaqədar deyil, insanlar özləri də səhhətləri ilə bağlı məsələlərdə təqsirlidir”.

Millət vəkili Sədaqət Vəliyevanın sözlərinə görə, bu stolüstü kitaba çevriləcək bir sənəddir. Ölkədə aparılan islahatların nəticələri əks olunub. Sorğunun nəticələri ingilis dilində də hazırlanır.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm