Dağıstanda oxuyan tələbələrə bəd xəbər
Bizi izləyin

Qırmızı.az

Dağıstanda oxuyan tələbələrə bəd xəbər

Azərbaycanın bir çox ali təhsil müəssisələrinin əməkdaşlıq haqqında memorandum imzaladığı Dağıstan Dövlət Pedaqoji Universitetinin və onun Dərbənd filialının dövlət akkreditasiyası ləğv edilib.

Axar.az xəbər verir ki, bu barədə qərarı Rusiya Federasiyasının Təhsil və Elm Nazirliyi verib. Təhsil və Elm Nazirliyinin akkreditasiyanı ləğv etməsinə səbəb isə universitetin təhsil keyfiyyətinin müvafiq standartlara cavab verməməsi olub.

Qeyd edək ki, Azərbaycanın bir çox ali təhsil müəssisələri Dağıstan Dövlət Pedaqoji Universiteti ilə əməkdaşlıq haqqında memorandum imzalayıb. Bunların sırasında BDU, Qafqaz Universiteti, Azərbaycan Dillər Universiteti və Bakı Slavyan Universiteti var.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm