Rektor SABAH-ın müəllimləri ilə görüşüb
Bizi izləyin

Qırmızı.az

Rektor SABAH-ın müəllimləri ilə görüşüb

Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru SABAH qruplarının müəllimləri ilə görüşüb.

Universitetin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, görüşdə bildirilib ki, gələcəkdə SABAH qruplarında ingilisdilli bölmələr yaradılacaq. Belə olduğu halda ADİU-ya xaricdən müəllim dəvət etmək daha asan olacaq. Bundan başqa, tələbələrin dili daha yaxşı mənimsəmələri üçün ingilisdilli ölkələrin tələbələri ilə videokonfranslar təşkil etmək şəraiti yaradılacaq.

Rektor SABAH-ın müəllimlərinin stimullaşdırılması məqsədilə gələcəkdə “TOP 10” ən yaxşı müəllim layihəsinin keçiriləcəyini bildirib. Tələbələrin imtahan cavablarına əsasən SABAH müəllimlərinin reytinq cədvəli tərtib olunacaq.

Görüşün sonunda rektor dərslərin keyfiyyətinin yüksəldilməsi istiqamətində müəllimlərlə fikir mübadiləsi aparıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm