Bu dəfə yol terroru Qusarda: sürücü yerindəcə keçindi
Bizi izləyin

Qırmızı.az

Bu dəfə yol terroru Qusarda: sürücü yerindəcə keçindi

Qusar rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Publika.az FHN-in rəsmi saytına istinadən xəbər verir ki, Qusar rayonu, Girik kəndi ərazisində 1956-cı il təvəllüdlü Qaflanov Şaiq Səbətulla oğluna məxsus “MİTSUBİSHİ” markalı minik avtomobilinin ağaca çırpılması nəticəsində yol nəqliyyat hadisəsi baş verib. Hadisə nəticəsində sürücü avtomobildə sıxılmış vəziyyətdə qalmış və vəfat edib. Yanğınsöndürən-xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə deformasiyaya uğramış avtomobildən meyiti çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 22:40-da başa çatıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm