Qırmızı.az
Azərbaycanda bəzi ərazilərə qar yağdı
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti tərəfindən əvvəlcədən xəbər verildiyi kim, oktyabrın 19-da ölkə ərazisində hava şəraiti kəskin dəyişib, güclü şimal-qərb küləyi əsib, bəzi yerlərdə şiddətlənib. Yağış bəzi ərazilərdə intensivləşib, Lənkəran-Astara zonasında isə güclü olub. Bu barədə Publika.az-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Ən çox düşən yağıntının miqdarı Astarada 70 (aylıq normanın 26
faizi), Yardımlıda 53 (aylıq normanın 51 faizi), Lənkəranda 49,
Göytəpədə 37 (aylıq normanın 36 faizi), Rvarudda (Lerik) 29,
Biləsuvarda 24 (aylıq normanın 52 faizi), Lerik, Kəlvəzdə 19,
Ordubad, Salyanda 18, Neftçalada 16 (aylıq normanın 35 faizi),
Bakıda və Abşeron yarımadasında 3-15, Naxçıvan MR-da 2-13, Kiçik
Qafqazda 4-10, Böyük Qafqazda 1-9, Mərkəzi Aran rayonlarında 1-5 mm
təşkil edib.
Qubanın Susay məntəqəsində, Qusarın Ləzə stansiyasında, Kəlvəzdə
sulu qar, qar yağıb. Qar örtüyünün hündürlüyü Kəlvəzdə 16 sm
olub.
Şimal-qərb küləyinin sürəti Abşeron yarımadasında və bəzi Kür
vadisi rayonlarda 30 m/s-dən artıq olub, bir çox rayonlarda isə 15
m/s-dən 27 m/s-dək güclənib.
Oktyabrın 19-da Bakıda temperatur günün birinci yarısında iqlim
normasından 2 dərəcə yüksək olub, axşama doğru kəskin aşağı düşüb,
oktyabrın 20-də gecə və səhər minimal temperatur Bakıda və Abşeron
yarımadasında 7-9, Aran rayonlarında 7-10 dərəcə isti, dağlıq
rayonlarda 2 dərəcəyədək, Naxçıvan MR-da 6-8 dərəcə isti təşkil
edib.
Çaylarda sululuq artıb, Lənkərançay-Lənkəranda 160, Lənkərançay-Sifidorda 101, Vəşərüçay-Daştatükdə 78 sm olub.
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!