Azərbaycanda yoxsulluq qlobal yoxsulluq səviyyəsindən 3 dəfə aşağıdır
Bizi izləyin

Qırmızı.az

Azərbaycanda yoxsulluq qlobal yoxsulluq səviyyəsindən 3 dəfə aşağıdır

“Ötən 10 ildə əhalinin real gəlirlərinin orta illik artım tempi iqtisadi artım tempini orta hesabla 8,3 faiz bəndi üstələyib, yoxsulluq səviyyəsi 5,3 faizə enib. Hazırda Azərbaycanda yoxsulluq, qlobal yoxsulluq səviyyəsindən 3 dəfə aşağıdır”. Publika.az xəbər verir ki, bu fikirləri Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev Yeni Azərbaycan Partiyasının saytına müsahibəsində deyib.

O, ölkəmizin insan inkişafı indeksini MDB dövlətləri üzrə ən yüksək səviyyəyə çatdırdığını, BMT İnkişaf proqramının hesabatında "yüksək insan inkişafı" ölkələri qrupunda qərarlaşdığını söyləyib.

Son 10 ildə prezidentin imzaladığı 50-yə yaxın dövlət proqramının ölkə həyatının ən müxtəlif sahələrində kompleks islahatların əsasını qoyduğunu söyləyən E. Mehdiyev bildirib ki, milli iqtisadiyyatın həcmi 3,6 dəfə böyüyüb və adambaşına düşən nominal ümumi daxili məhsul orta hesabla hər 5 ildən bir 2 dəfədən sox artıb. Bunun nəticəsi kimi, Azərbaycan Dünya Bankının adambaşına düşən Ümumi Milli Gəlir təsnifatına görə "yuxarı orta gəlirli" ölkələr qrupunda qərarlaşıb:

"Dünya rəqabət qabiliyyətli 2013-2014” hesabatında Azərbaycan MDB ölkələri arasında son 5 ildəki birinciliyini qoruyub saxlayıb, makroiqtisadi mühit göstəricisi üzrə dünyada 8-ci, ümumi milli yığımın ümumi daxili məhsula nisbətinə görə 10-cu, dövlət borcunun ümumi daxili məhsula nisbətinə görə 13-cü yerdə qeydə alınıb. Ölkəmiz inflyasiyanın ən aşağı olduğu ölkə kimi xarakterizə olunur və iqtisadi mühitin yaxşılaşması nəticəsində «Doinq Business» hesabatı üzrə son 7 ildə 31 pillə irəliləyib”.

Azərbaycan dövləti ilk növbədə bu inkişafın ölkə vətəndaşlarının rifahının yaxşılaşdırılmasına yonəldilməsinə nail olduğunu deyən DSMF sədrinin sözlərinə görə, əhalinin həyat səviyyəsinin yüksəldilməsinin başlıca istiqamətlərindən biri kimi iqtisadi artımın bazasında əhalinin gəlir əldə etmək imkanları daha da genişləndirilib.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm