Qırmızı.az
Təkrar əlillik alanların sayı azalıb

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bərpa-müalicə xidmətlərinin təkmilləşməsi, həmçinin tibbi-sosial ekspertiza xidmətinin fəaliyyətində şəffaflığın təmin edilməsi istiqamətində aparılan işlər əlilliyi olan şəxslərin reabilitasiyası üzrə göstəricilərin yüksəlməsi ilə müşahidə olunur.
Nazirlikdən Publika.az-a verilən məlumata görə, cari ilin 9 ayı ərzində əlilliyi olan şəxslər arasında tam reabilitasiya göstəricisi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,8 faizdən 3,8 faizə, hissəvi reabilitasiya göstəricisi 0,8 faizdən 2,6 faizə yüksəlib.
Hesabat dövründə təkrar olaraq əlilliyi müəyyən edilənlərin sayı 3707 nəfər, təkrar olaraq sağlamlıq imkanları məhdud hesab edilən 18 yaşadək uşaqların sayı isə 1544 nəfər azalıb.
Nazirliyin ölkənin müxtəlif bölgələri üzrə ümumilikdə 14 bərpa-müalicə müəssisəsi fəaliyyət göstərir ki, son 9 ayda həmin müəssisələrdə ümumilikdə 5882 nəfər bərpa-müalicə xidməti ilə təmin edilib.

-
Magazin214:04
Milyarder Aleks Soros və Huma Abedin evləndi: Qonaqlar arasında görün kimlər olub - FOTOLAR
-
İdman13:53
Dünyanı şoka salan azərbaycanlı şahmatçı sensasiyalı qələbəsindən danışdı: Etiraf edim ki...
-
Region13:38
Ermənistan çıxılmaz vəziyyətdə: Yükləri İranda ilişib qaldı
-
Avropa13:08
Tarixdə ilk: Britaniya kəşfiyyatına gürcü qadın rəhbərlik edəcək
-
Sosial11:58
Ekspert üsyan etdi: Bu sistem gənclərə hansı dəyərləri ötürüb?
-
Region10:50
Pezeşkian Azərbaycana müraciət etdi: İsraili dayandırın
-
Yaxın Şərq10:36
İsrailin hücumuna görə bu ölkə günahkardır - Pezeşkian adını açıqladı
-
Region09:12
İsrail SEPAH-ın Qüds Qanadının komanda məntəqələrini vurdu - VİDEO