Qırmızı.az
Azərbaycanın sərhəd-buraxılış məntəqələrində nəzarət gücləndirildi - Ebola
Ebola virusuna qarşı tədbirlərin gücləndirilməsi məqsədilə Azərbaycanın sərhəd-buraxılış məntəqələrində sanitariya-karantin nəzarəti gücləndirilib.
Dövlət Gömrük Komitəsindən Publika.az-a verilən məlumata görə, son zamanlar bəzi ölkələrdə Ebola virusunun yayılması ilə əlaqədar dövlət sərhədinin buraxılış məntəqələrində çalışan əməkdaşlar üçün aidiyyəti dövlət orqanları ilə birgə xüsusi seminarlar keçirilib.
Xəstəlik qeydə alınan ölkələrdən gələn şəxslərin dövlət sərhədinin buraxılış məntəqələrində müəyyən olunması məqsədilə gömrük orqanları tərəfindən aidiyyəti dövlət orqanları ilə məlumat mübadiləsi, o cümlədən bu cür şəxslər qeydə alındıqda onların ölkə daxilində nəzarətə alınması üçün müvafiq səhiyyə təşkilatlarının məlumatlandırılması işləri təşkil olunub. Eyni zamanda, Ebola virusuna qarşı tədbirlərin gücləndirilməsi məqsədilə sərhəd buraxılış məntəqələrində əksepidemik və profilaktik, ərazilərin dezinfeksiya tədbirlərinin, o cümlədən sərhəddən keçən şəxslər üzərində tibbi müşahidənin və sorğu-sualın aparılması haqqında müvafiq işlər həyata keçirilib.
Görülən tədbirlər çərçivəsində insan bədəninin hərarətinin məsafədən ölçülməsinə imkan verən texniki vasitələrdən-termovizor kameralardan geniş istifadə olunur. Bununla yanaşı, sərhəddən keçən şəxslərin Ebola virusu haqqında məlumatlılıq səviyyəsinin artırılması məqsədilə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Sanitariya-karantin müfəttişliyi tərəfindən hazırlanmış “Diqqət! Ebola qızdırması” adlı yaddaş bukletlərinin də dövlət sərhədinin buraxılış məntəqələrində yerləşdirilməsi təmin edilib.
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək